Azərbaycanın yeniyetmə qılıncoynadanı Abbas Hüseynov Polşanın Konin şəhərində keçirilən “Cadet Circuit” beynəlxalq turnirində bürünc medala sahib olub.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Qılıncoynatma Federasiyası məlumat yayıb.
Qrup mərhələsini 4 qələbə ilə başa vuran sablyaçı pley-offda ardıcıl olaraq Böyük Britaniya, Fransa, Almaniya və Rumıniya təmsilçilərini mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib.
A.Hüseynov finalın bir addımlığında sonradan turnirin qalibi olan fransalı Qael Boujrad-Benauda 14:15 hesabı ilə uduzaraq yarışı üçüncü pillədə tamamlayıb.
Yığmamız İslamiadanı bürünc medalla başa vurub
Qılıncoynadanlarımızdan İslam Oyunlarında iki bürünc medal
Daha bir idmançımız İslamiadada bürünc medal qazanıb
Maxaçev tam üstünlüklə çempion oldu
Muaytayçımız İslam Oyunlarında gümüş medal qazanıb