EN

Azərbaycanla Mərakeş arasında siyasi məsləhətləşmələrin dördüncü raundu baş tutdu

Bakıda Azərbaycan Xarici İşlər Nazirliyi və Mərakeş Krallığının Xarici İşlər, Afrika Əməkdaşlığı və Xaricdə Yaşayan Mərakeşlilər Nazirliyi arasında siyasi məsləhətləşmələrin dördüncü raundu keçirilib.

Bu barədə Publika.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Mərakeş Krallığı tərəfindən isə Xarici İşlər, Afrika Əməkdaşlığı və Xaricdə Yaşayan Mərakeşlilər Nazirliyinin Asiya və Okeaniya məsələləri üzrə baş direktoru Ömər Kadiri rəhbərlik edib.

Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi-ticarət, enerji, nəqliyyat, turizm, təhsil, idman və digər sahələrdə əlaqələrin hazırkı vəziyyəti və gələcək əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Çoxtərəfli platformalarda iki ölkə arasında əməkdaşlığın vəziyyəti ilə bağlı məmnunluq ifadə edilib və bu təcrübənin davam etdirilməsinin zəruriliyi qeyd olunub.

Chosen
80
14
publika.az

10Sources