Fransa Liqa 1-in 20-ci turunda PSJ ilə qarşılaşacaq "Marsel" klubu azarkeşlərinə qoyulan səfər qadağası ilə bağlı rəsmi bəyanat yayıb.
QOL.az klubun rÉ™smi saytına istinadÉ™n xÉ™bÉ™r verir ki, Paris polisi paytaxtda keçirilÉ™cÉ™k matça "Marsel" tÉ™rÉ™fdarlarının giriÅŸini qadaÄŸan edib. Klub bu qÉ™rara sÉ™rt etiraz edib:Â
"Klub bu qərardan dərin təəssüf hissi keçirir. Bu, azarkeşlərimizi növbəti dəfə komandanı dəstəkləmək hüququndan məhrum edir. Xatırladırıq ki, avqust ayında "Velodrom"da keçirilən ilk dövrə oyununda PSJ azarkeşlərinin gəlişinə icazə verilmiş və heç bir insident yaşanmamışdı. Qarşılıqlılıq prinsipinin tətbiq edilməməsi maraqlıdır".
Klub bəyanatında azarkeşlərin futbolun əsas hissəsi olduğunu vurğulayıb və qərarın dəyişdirilməsi üçün apellyasiya şikayəti verdiyini açıqlayıb.
Qeyd edək ki, sözügedən qarşılaşma yanvarın 31-də baş tutacaq.