EN

Artıq kredit götürmək çətinləşir - AÇIQLAMA

Banklarda kredit faizlÉ™rindÉ™ artım müşahidÉ™ olunur. 

Ölkə.az xəbər verir ki, bank sektorunda kredit faizlərinin yüksəlməsi müşahidə edilir. Ötən il bankların 11-17 faiz aralığında təqdim etdiyi kreditlər hazırda şərtlərdən asılı olaraq minimum 18 faizdən başlayır.

İqtisadçı Xalid Kərimli bu artımı Mərkəzi Bankın həyata keçirdiyi sərt pul-kredit siyasəti ilə əlaqələndirir.

Onun sözlərinə görə, banklar əhalidən daha çox vəsait cəlb etmək məqsədilə əmanətlər üzrə faizləri artırır:

"NÉ™ticÉ™dÉ™ bankların maliyyÉ™ resurslarının dÉ™yÉ™ri yüksÉ™lir vÉ™ bu da kredit faizlÉ™rinÉ™ birbaÅŸa tÉ™sir göstÉ™rir"  .

Mütəxəssis qeyd edib ki, Mərkəzi Bank inflyasiya risklərini hələ tam aradan qalxmış hesab etmədiyindən uçot dərəcəsinin endirilməsinə tələsmir. Bu səbəbdən yaxın dövrdə kredit faizlərində azalma gözlənilmir.

Xalid Kərimlinin fikrincə, təxminən üç il əvvəl başlanan sərtləşdirici tədbirlərin real təsiri məhz indi daha aydın hiss olunur. Bu da pul-kredit siyasətinin iqtisadiyyata müəyyən zaman gecikməsi ilə təsir etdiyini göstərir.(milli.az)

Chosen
26
4
olke.az

5Sources