EN

Sarukyan canlı yayımda "Qarabağ Azərbaycandır" dedi

Ermənistanlı UFC döyüşçüsü Arman Sarukyanın məşhur "streamer" "N3on" ilə canlı yayımı sosial mediada böyük səs-küyə səbəb olub.

Fanat.Az xəbər verir ki, ermənistanlı idmançının canlı yayımı zamanı rəy bölməsi Azərbaycan istifadəçilərinin "Qarabağ" mesajları ilə dolub.

Canlı yayım zamanı "N3on" ləqəbli tanınmış yutuber Raqneş Mutama rəy bölməsindəki aktivliyi görüb təəccübünü gizlədə bilməyib və idmançıya sual ünvanlayıb:

"Qardaş, şərh bölməsindəkilər nə deyir? Qarabağ nədir?". Arman Sarukyan isə cavabında Qarabağın statusu ilə bağlı reallığı etiraf etmək məcburiyyətində qalıb. O, "Qarabağ Ermənistanın bir hissəsi idi, indi isə Azərbaycanın bir hissəsidir" deyə bildirib.

Dialoqun davamında Raqneşin "Azərbaycanı eşitmişəm, sən orada yaşayırsan?" sualına erməni döyüşçü "Yox, mən Rusiyada yaşayıram" deyərək cavab verib. İdmançının bu etirafı həm Ermənistan, həm də Azərbaycan mediasında geniş müzakirələrə yol açıb.

Kamil Xudiyev

Chosen
43
1
fanat.az

2Sources