NATO-nun Baş katibi Mark Rütte Avropa Parlamentinin xarici işlər, müdafiə və təhlükəsizlik komitələrinin üzvləri ilə görüşündə mühüm bəyanat səsləndirib. O bəyan edib ki, Avropa dövlətləri müdafiə sənayesinin inkişafını əhəmiyyətli dərəcədə sürətləndirməli və bununla da təhlükəsizliyin təmin edilməsinə öz töhfələrini artırmalıdır. Çünki ABŞ-ın dəstək dövrü başa çatır.
SİTAT: "Bu, çətin, lakin qaçılmaz vəzifədir. Biz bunu etməliyik və tez yerinə yetirməliyik. ABŞ-ın bizim təhlükəsizliyimizlə bağlı məsuliyyətin böyük hissəsini öz üzərinə götürdüyü dövr keçib".
M.Rütte bildirib ki, Avropa müdafiəsinin gücləndirilməsi alyansın iyulda Ankarada keçiriləcək sammiti ərəfəsində mühüm prioritet məsələdir.
Mətləb