EN

Pavel Durov: WhatsApp ın təhlükəsizliyinə inanmaq üçün ağılsız olmaq lazımdır

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"WhatsApp" çox zəif təhlükəsizlik sisteminə malikdir, müdafiəsində çoxlu boşluqlar var və kiberhücumlara qarşı son dərəcə müdafiəsizdir".

Oxu.Az xəbər verir ki, bunu "Telegram"ın rəhbəri Pavel Durov "Meta" şirkətinə qarşı istifadəçilərin qaldırdığı kollektiv iddia ilə bağlı məqaləni "X" sosial şəbəkəsində şərh edərkən bildirib.

İddiaçıların sözlərinə görə, "WhatsApp" istifadəçilərin demək olar ki, bütün şəxsi yazışmalarını saxlaya, təhlil edə və onlara çıxış əldə edə bilər.

"2026-cı ildə "WhatsApp"ın təhlükəsizliyinə inanmaq üçün ağılsız olmaq lazımdır. Biz "WhatsApp"ın öz "şifrələmə" sistemini necə tətbiq etdiyini təhlil edəndə çoxsaylı hücum vektorları aşkar etdik"", - Durov yazıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
23
oxu.az

1Sources