EN

Aİ Rusiyaya qarşı borc qaydalarını yumşaldır

BAKI, 27 yanvar. TELEQRAF

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa İttifaqının borc qaydalarına yenidən baxılması qərarı verib. Məqsəd Aİ ölkələrinin dörd il ərzində Rusiyaya qarşı mümkün münaqişəyə hazır vəziyyətə gətirilməsidir.

Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın "The Daily Telegraph" qəzeti Brüsseldə ötən həftə keçirilmiş fövqəladə Avropa İttifaqı sammitinə həsr olunan məqaləsində yazıb.

Nəşrin məlumatına görə, fon der Lyayen müdafiə sahəsində əlavə 650 milyard avro xərclərin maliyyələşdirilməsi üçün Aİ-nin borc qaydalarının yumşaldılması istiqamətində addım atıb. Məqalədə qeyd olunur ki, bu qərar 2030-cu ilədək üzv dövlətləri Rusiya ilə mümkün müharibəyə hazırlamaq niyyəti ilə qəbul edilib. Eyni zamanda vurğulanır ki, müdafiə xərcləri və borc qaydaları birbaşa sözügedən sammitin gündəliyi ilə bağlı olmayıb.

Qeyd edilir ki, 2025-ci ilin əvvəlində Avropa Komissiyası Aİ ölkələrinin büdcələri hesabına hərbi ehtiyaclar üçün 650 milyard avro vəsaitin cəlb olunmasını nəzərdə tutan planı açıqlayıb. Bu çərçivədə dövlət borcunun yuxarı həddinin ÜDM-in 3 faizindən 4,5 faizinədək artırılması təklif olunub. Həmin dövrdə Avropa Komissiyası hərbi xərclərin stimullaşdırılması məqsədilə əlavə 150 milyard avro da ayırıb.

Chosen
92
teleqraf.com

1Sources