BAKI, 27 yanvar. TELEQRAF
ABŞ prezidenti Donald Tramp İranın Vaşinqtonla razılaşma əldə etməkdə və dialoq aparmaqda maraqlı olduğunu bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, "Axios" portalına verdiyi müsahibədə deyib.
Trampın sözlərinə görə, Tehran dəfələrlə əlaqə saxlayaraq danışıqlara hazır olduğunu nümayiş etdirib. ABŞ prezidenti qeyd edib ki, İran razılaşma bağlamaq istəyir və bu niyyət ona yaxşı məlumdur.
Xatırladaq ki, yanvarın 17-də Tramp İranda yeni siyasi rəhbərliyin formalaşdırılmasının vacibliyini bəyan etmişdi