EN

Yaponiyada qar uçqununda rusiyalı snoubordçu HƏLAK OLDU

Yaponiyada qar uçqununda rusiyalı snoubordçu həlak olub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Yaponiyada bədbəxt hadisə baş verib. 42 yaşlı Rusiya vətəndaşı olan snoubordçu qar uçqunu altında qalaraq həyatını itirib.

Hadisə Naqano prefekturasındakı Hakuba dağ-xizək kurortu rayonunda, dəniz səviyyəsindən təxminən 1100 metr yüksəklikdə qeydə alınıb.

Həmin vaxt rusiyalı turist iki tanışı ilə birlikdə istirahət edirmiş. Qəfil qar kütləsi sürüşərək onların olduğu ərazini basıb.

Rusiyalını müşayiət edən digər iki nəfər xəsarət almayıb və müstəqil şəkildə aşağı enməyi bacarıb. Lakin 42 yaşlı kişi itkin düşüb.

Xilasedicilər iki gün davam edən axtarışlardan sonra onun meyitini aşkar ediblər.

Xuraman Etibarlı

İnterpress.az


Chosen
27
interpress.az

1Sources