EN

Əhməd Əl Şaraa  Moskvada Vladimir Putinlə görüşəcək

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Rusiya Federasiyasına səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə hökumətyönlü Syria TV məlumat yayıb.

Səfərin 28 yanvar tarixinə planlaşdırıldığı bildirilir.

Moskvada Əhməd əl-Şaraa Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Səfərin təfərrüatları və liderlər arasında görüşün gündəliyi açıqlanmayıb.

Chosen
73
2
far.az

3Sources