EN

Ağ Ev: Əbu-Dabi danışıqları tarixi hadisədir

ABŞ Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Rusiya-Ukrayna müharibəsinin yekunlaşdırılması ilə bağlı üçtərəfli danışıqları tarixi hadisə adlandırıb.

"Far.Az" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bəyan edib.

"Keçən həftə sonu geniş işıqlandırılmayan, lakin tarixi xarakter daşıyan üçtərəfli görüş keçirilib. Prezidentin komandası həqiqətən də müharibənin hər iki tərəfini sülhə daha çox yaxınlaşmaq üçün danışıqlar masası arxasında toplaya bilib", - Livitt bildirib.

O, əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp prosesə şəxsən nəzarət edir. Livittin sözlərinə görə, Amerika nümayəndə heyətinin tərkibinə daxil olan Trampın xüsusi elçisi Stiven Uitkoff və sahibkar Cared Kuşner müntəzəm olaraq dövlət başçısını danışıqların nəticələri barədə məlumatlandırırlar.

Qeyd edək ki, 23 və 24 yanvarda Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında təhlükəsizlik məsələləri üzrə üçtərəfli işçi qrupunun iclası keçirilib. Tərəflərin məlumatına görə, görüşlər konstruktiv ruhda keçib.

Chosen
52
far.az

1Sources