EN

“Neftçi” darmadağın, Elxan Məmmədov dubl etdi

AFFA-nın bayrağı altında təşkil edilən Gənclər Liqasında XIV turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, “Qəbələ” “Qarabağ” üzərində böyükhesablı qələbə qazanıb.

“Sabah” isə “Turan Tovuz”un müqavimətini qıra bilməyib. Nəticədə “Qəbələ” liderliyə şərik olub.

Hazırda “Sabah” və “Qəbələ” hərəyə 33 xalla ilk iki pilləni bölüşür. Üçüncü sıradakı “Qarabağ”ın aktivində 31 xal var.

“Araz-Naxçıvan” – “Neftçi” – 0:4
Qollar: Emin Süleymanov, 14; Kamran İsmayılov, 39; Emir Fətiyev, 46; Elvin Vəliyev, 54

“Qarabağ” – “Qəbələ” – 0:3
Qollar: Rəvan Feyziyev, 19; Ömər Kərimov, 43; Ariz Kərimov, 74 (pen.)

EFA – “Şamaxı” – 3:2
Qollar: Nicat Quluzadə, 23; Ramal Abışov, 27; Ayxan Hüseynov, 41 – İlham Beybutov, 20, 53

“Kəpəz” – “Dinamo” (Bakı) – 5:2
Qollar: Elxan Məmmədov, 6, 23; Məhəmməd Allahverdiyev, 31; Sənan Şamilov, 55; İsabala Məmmədli, 76 – Xəzər Əmraslanov, 26; Rəsul Məmmədli, 45

“Zirə” – “Sumqayıt” – 2:1
Qollar: Məhəmməd Məmmədov, 59; Tunar Ocaqlı, 72 – Vəli Abbasov, 8

“Turan Tovuz” – “Sabah” – 1:1
Qollar: Tural Həsənov, 16 – Babamirzə Mehdiyev, 51

Chosen
80
sportinfo.az

1Sources