EN

Gecə paltaryuyan maşın qoşanların nəzərinə

Milli.az saytına istinadən ain.az xəbər verir.

Mütəxəssislər gecə saatlarında xüsusilə yatarkən paltaryuyan maşının işlək vəziyyətdə saxlanılmasının təhlükəli ola biləcəyi ilə bağlı xəbərdarlıq edirlər.

Milli.Az xəbər verir ki, onların sözlərinə görə, elektrik naqillərində yaranan qısaqapanma, cihazın mühərrikinin həddindən artıq qızması və ya su sızması ciddi risklər yarada bilər. Bu cür hallar nəzarətsiz qaldıqda yanğın təhlükəsinə səbəb ola bilər.

Xüsusilə köhnə model paltaryuyan maşınlar, uzadıcı kabel vasitəsilə qoşulan cihazlar və elektrik sistemi zəif olan evlərdə risk daha yüksək qiymətləndirilir. Mütəxəssislər bildirirlər ki, maşın hamam kimi nəm mühitdə yerləşirsə, təhlükə ehtimalı daha da artır.

Təhlükəsizlik məqsədilə paltaryuyan maşının yalnız gündüz saatlarında və nəzarət altında işlədilməsi, proqram bitdikdən sonra isə elektrik şəbəkəsindən ayrılması tövsiyə olunur. Bundan əlavə, evin elektrik xətlərinin vaxtaşırı yoxlanılması və uzadıcı kabellərdən istifadə edilməməsi də vacib sayılır.

Qeyd olunur ki, sadə təhlükəsizlik qaydalarına əməl etməklə məişət yanğınlarının qarşısını almaq mümkündür.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
52
1
news.milli.az

2Sources