EN

Maduro Venesuelaya qayıda bilər

ABŞ-da həbsdə olan Venesuela Prezidenti Nikolas Maduro gələcəkdə ölkəsinə qayıda bilər.

 

Teleqraf xəbər verir ki, bu iddia ilə Rusiyanın Venesueladakı səfiri Sergey Melik-Baqdasarov çıxış edib.

 

“Mənə elə gəlir ki, bu mümkündür. Nə vaxtsa nəsə baş verəcək. Şübhəsiz ki...” - deyən diplomat siyasi proseslərin dinamik və vəziyyətlərin dəyişkən olduğunu vurğulayıb.

 

Melik-Baqdasarovun sözlərinə görə, Nikolas Maduroya qarşı irəli sürülən cinayətlərin heç biri sübuta yetirilməyib.

 

Xatırladaq ki, Nikolas Maduro və həyat yoldaşı Siliya Adela Flores de Maduro yanvarən 3-də Karakasda ABŞ hərbçilərin tərəfindən saxlanılaraq ABŞ-a aparılıb. Hər ikisi narkotik ticarəti, narkoterrorizmin maliyyələşdirilməsi və qanunsuz silah saxlamada ittiham olunur.

Chosen
25
3
senzor.az

4Sources