EN

Məşhur aktyor 10 ildir qulluqçusuna təcavüz edirmiş: Evlilik sözü verib, amma...

Məşhur hind aktyoru Nadim Xan qulluqçusuna cinsi təcavüz ittihamı ilə həbs edilib.

Publika.az xəbər verir ki, bu barədə "Times of India" qəzeti məlumat yayıb.

Əvvəllər müxtəlif aktyorlarla işləmiş və təxminən 10 il əvvəl Xanla tanış olan 41 yaşlı qadın polisə ondan şikayət edib.

Zərərçəkmişin sözlərinə görə, Xan bu müddət ərzində onu öz evində və onun evində dəfələrlə zorlayıb. Aktyor onunla evlənəcəyinə söz verib, daha sonra isə evlənməkdən imtina edib.

Məlumata görə, Xan 22 yanvarda həbs edilib.

Chosen
41
publika.az

1Sources