EN

Karni Trampla söhbətində Davosda dediklərini təkzib edib Bessent

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp Kanadanın Baş naziri Mark Karni ilə söhbət edib.

Bizimyol.info xəbər verir ki, ABŞ Maliyyə Naziri Skott Bessentin sözlərinə görə, Kanadanın baş naziri Amerika lideri ilə söhbəti zamanı Davosda keçirilən Dünya İqtisadi Forumunda işlətdiyi bəzi fikirləri geri götürüb.

"Mən bu gün prezidentlə Oval Ofisdə idim və o, Baş nazir Karni ilə danışdı, o da Davosda etdiyi bəzi çox uğursuz fikirləri çox aqressiv şəkildə geri götürdü", - deyə Bessent "Fox News"da Kanadanın baş nazirinin hansı fikirləri təkzib etdiy barədə tam aydınlıq gətirmədən bildirib.

ABŞ Maliyyə Naziri əlavə edib ki, Kanada ABŞ-a bağlıdır və baş nazir "qlobalist gündəmi irəli sürməkdənsə, kanadalılar üçün ən yaxşısını etməlidir".

Davosdakı çıxışı zamanı Karni Trampın xarici siyasətini şərh edərək, əslində kollektiv Qərbin günlərinin bitdiyini etiraf edib.

O, həmçinin bildirib ki, Kanada, Amerika rəhbərliyinin ərazini ABŞ-a birləşdirmək niyyəti ilə bağlı açıqlamaları işığında Danimarka və Qrenlandiyanın adanın gələcəyini müəyyən etmək "unikal hüququnu" qətiyyətlə dəstəkləyir. Daha sonra Ağ Ev Karnini nankorluqda günahlandırıb və Kanadanın Sülh Şurasına dəvətini ləğv edib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
37
icma.az

1Sources