EN

Yaponiya Çinin pandaları icarəyə verəcəyinə ümid edir

Yaponiya hökuməti ümid edir ki, Çin uzun müddətdir davam edən pandalarını digər ölkələrə icarəyə vermək ənənəsini qoruyub saxlayacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibinin müavini Kei Sato 27 yanvarda keçirilməsi planlaşdırılan pandalar Xiao Xiao və Lei Leinin vətənlərinə qayıtması ilə bağlı şərhində bildirib.

"Pandalar həmişə Yaponiya və Çin xalqları arasında münasibətlərin qurulmasına kömək edib. Ümid edirik ki, bu təcrübə davam edəcək", - deyə o qeyd edib.

Minlərlə yerli sakin  yanvarın 25-də paytaxtdakı Ueno zooparkında yaşayan pandalar Xiao Xiao və Lei Leini sonuncu dəfə görüblər.

Chosen
62
ucnoqta.az

1Sources