EN

Bazarda satılan “qara çörək”lərin sirri açıldı

Bazarda

“Qara” çörək aldadır? – Əsl fərq haradadır?Alt başlıq: Bazarda satılan qara çörəklərin əksəriyyəti həqiqi qara undan deyil.Ulusum.az xəbər verir ki, qida eksperti İlkin Şirinov qara çörəklərin keyfiyyəti ilə bağlı yayılan suallara aydınlıq gətirib. Onun sözlərinə görə, “qara çörək” adı ilə satılan məhsulların böyük hissəsi əslində ağ una kəpək, az miqdarda çovdar unu və ya rəngləndirici qatılaraq hazırlanır.Ekspert bildirir ki, bu cür çörəklə adi ağ çörək arasında real fərq yoxdur – yalnız rəngi tünddür.Həqiqi qara çörək:Yalnız çovdar unundan hazırlanır. Qəhvəyi-boz rəngdə olur, içi də tünddür. Yüngül rütubətli və elastikdir. Sıxıldıqda formasını bərpa edir.Çovdar qoxusu və azacıq turş dad verir.Saxta “qara” çörək:. Əsasən ağ undan hazırlanırRəngləndirici və kəpək qatılır. Tez acılıq yaradır. Dadı və qoxusu ağ çörəyə oxşayır. Məsləhət:Mütləq etiketə baxın. Ev şəraitində çörəyi bir qədər suya salaraq rənginin süni olub-olmadığını yoxlamaq mümkündür.

Diqqət Çəkənlər

Gəncə şəhərində bu vəzifəyə ciddi ehtiyac var

Röya Aygün Kazımovanın ad günündə - VİDEO

Yanvarın 27-də Qar yağacaq

Chosen
41
ulusum.az

1Sources