Bu gün Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq.
Bu barədə Publika.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Azadlıq və Z.Bünyadov prospektlərinin kəsişməsində sayğacın quraşdırılması və eyni zamanda R.Məmmədov küçəsində qaz kəmərində sızmanın aradan qaldırılması məqsədilə bu gün saat 10:00-dan etibarən Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq.