Müğənnilər Cəmil Əfəndi və Naza Veysəlova ailə qurmağa bir addım da yaxınlaşıblar.
Milli.Az xəbər verir ki, Sənət dünyasının sevilən cütlüyü nişan mərasimləri ilə gündəmə gəlib. Onların nişanı paytaxt məkanlarının birində keçirilib. Zövqlə təşkil olunan məclisdə cütlüyün yaxınları, dostları və bir sıra tanınmış ifaçılar iştirak ediblər. Gecə boyunca sevilən mahnılar səsləndirilib.
Nişan mərasimindən yayılan görüntülər və fotolar sosial şəbəkələrdə böyük marağa səbəb olub. İzləyicilər cütlüyün xoşbəxt görüntülərinin şərh bölməsində onlara təbrik və xoş arzularını çatdırıblar. Cütlüyün nişan xəbəri marağa səbəb olub və geniş müzakirələrə yol açıb. Onların toy tarixinin nə vaxt olacağı isə hələlik açıqlanmayıb.
Hüseyn
Milli.Az