Yaponiyanın Hokkaydo adasında yerləşən ən böyük hava limanında güclü qar yağışı səbəbindən əməliyyatlar ciddi şəkildə pozulub. Nəticədə Sapporo şəhərindəki Şin-Çitose Beynəlxalq Hava Limanında təxminən iki min sərnişin gecəni hava limanında keçirməyə məcbur qalıb.
Editor.az NHK-ya istinadla xəbər verir ki, əlverişsiz hava şəraiti çoxsaylı reyslərin ləğvinə, eləcə də quru nəqliyyatında ciddi gecikmələrə səbəb olub. Bu səbəbdən sərnişinlər hava limanının inzibati heyəti tərəfindən təmin edilən döşəklər və yuxu kisələrində, birbaşa terminalın döşəməsində gecələyiblər.
Bundan əlavə, yanvar ayında Moskvada gözlənilən güclü qar, buzlaşma və çovğun hava nəqliyyatı əməliyyatlarına mənfi təsir göstərə bilər.
Qeyd edək ki, bir gün əvvəl ABŞ-də Ronald Reyqan Vaşinqton Milli Hava Limanı güclü qar fırtınası səbəbindən bütün reysləri dayandırıb. Ümumilikdə, əlverişsiz hava şəraiti ilə əlaqədar ABŞ üzrə 10 mindən çox uçuş ləğv edilib.
//Gülnarə Abasova, Editor.az