EN

Azərbaycanda fiber genişzolaqlı internetə çıxış 100 faizə yüksəlib - RİNN rəsmisi

Bakı.Trend:

Son beş il ərzində Azərbaycan “Onlayn Azərbaycan” layihəsivasitəsilə əlamətdar rəqəmsal transformasiyaya nail olub.

Trend xəbərverir ki, bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat nazirininmüavini Saməddin Əsədov bu gün Bakıda keçirilən AzərbaycanQonaqpərvərlik Sahəsində Bağlantı Sammitində çıxışı zamanıdeyib.

O bildirib ki, 2021-ci ildə ölkəmizdə internet infrastrukturununinkişafına dair strateji yol xəritəsinin tərkib hissəsi kimiistifadəyə verilmiş bu təşəbbüsün məqsədi bütün vətəndaşlarımızüçün, xüsusilə də kifayət qədər xidmət olunmayan və ucqarregionlarda yüksək sürətli genişzolaqlı internetə çıxışı təminetmək olub.

“Qürurla qeyd edə bilərəm ki, 2025-ci ilin sonuna bu layihə ölkəüzrə tam əhatəyə nail olub. Fiber genişzolaqlı internetə çıxış evtəsərrüfatları və biznes subyektləri üzrə cəmi 9 faizdən bu gündemək olar ki, 100 faizə yüksəlib. Bu nailiyyət Azərbaycanın sabitgenişzolaqlı internet bazarını əsaslı şəkildə yenidənformalaşdırıb.Bu transformasiyanın təsiri performansgöstəricilərində aydın şəkildə əks olunur. Ookla SpeedtestIntelligence məlumatlarına əsasən, ölkə üzrə sabit genişzolaqlıinternetin median sürəti 2020-ci ildə təxminən 10 Mbit/saniyədən2025-ci ilin sonuna doğru təxminən 90 Mbit/saniyəyə yüksəlib”.

RİNN rəsmisi qeyd edib ki, bu texniki nailiyyətlərdən kənardaisə, əslində, bu irəliləyişin sosial ölçüsü daha böyük əhəmiyyətdaşıyır.

“Layihə çərçivəsində görülən işlərin 40 faizdən çoxu əhalimizintəxminən yarısının yaşadığı kənd ərazilərinə yönəldilib.Dövlət-özəl tərəfdaşlıq modeli vasitəsilə köhnə mis şəbəkələrinmüasir fiber-optik infrastrukturla əvəzlənməsi nəticəsində bizrəqəmsal uçurumu əhəmiyyətli dərəcədə azaldıb və coğrafiyanın artıqimkanlar üçün maneə olmamasını təmin etmişik. Lakin təkcəinfrastruktur rəqəmsal ambisiyalarımızı reallaşdırmaq üçün kifayətdeyil”.

Chosen
65
3
az.trend.az

4Sources