EN

Azərbaycan nefti ucuzlaşdı

Bakı. Trend:

İtaliyanın Auqusta limanında Azərbaycanın "Azeri Light" markalıneftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə0,48 ABŞ dolları və ya 0,7% azalaraq 67,86 dollar təşkil edib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “AzeriLight” markalı neftin bir barelinin qiyməti 0,51 dollar və ya 0,78%ucuzlaşaraq 65,25 dollar təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici iləmüqayisədə 0,51 dollar və ya 1,38% azalaraq, 36,56 dollar/bareləbərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin birbarelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,45 dollar vəya 0,66% azalaraq 67,82 dollar/barel təşkil edib.

Azərbaycanın 2026-ci il üçün dövlət büdcəsində bir barel neftinorta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Məqalədə:
Chosen
75
11
az.trend.az

10Sources