Bakı. Trend:
İcbari tibbi sığorta ilə daha çox şəxs tibbi xidmətlərlə təminolunacaq.
Trend xəbərverir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarəHeyətinin sədri Zaur Əliyev “2025-ci ilin yekunları və hədəflər”mövzusunda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, “Tibbi sığorta haqqında” Qanununa ediləndəyişikliklər nəticəsində sığortaolunan şəxslərin əhatə dairəsigenişlənib:
"Belə ki, artıq həbs edilmiş, müəyyən müddətə və ya ömürlükazadlıqdan məhrum etmə cəzası çəkən şəxslərə (məntəqə tiplicəzaçəkmə müəssisələrində cəza çəkənlər istisna olmaqla) də icbaritibbi sığorta hesabına tibbi xidmətlərin göstərilməsi təmin edilir.Ədliyyə Nazirliyinin zəruri avadanlıq və mütəxəssisi olmadığıhallarda, xidmətlər icbari tibbi sığorta hesabına təmin olunacaq.Bu mexanizm çərçivəsində ildə təxminən 1500 nəfərə qədər şəxsintibbi xidmətlərlə əhatə olunması planlaşdırılır. Bunun üçün 200 minmanatadək maliyyə vəsaiti ayrılıb".
Sədr həmçinin vurğulayıb ki, Agentlik Azərbaycanvətəndaşlarının, qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə AliKomissarlığının Azərbaycan Respublikasındakı nümayəndəliyitərəfindən himayəyə götürülmüş şəxslərin icbari tibbi sığortadanyararlanmasını təmin edir