EN

2 gün əvvəl toyda vəfat edən şəxs bəyin nənəsi imiş

Dekabrın 25-i Bakıda keçirilən toy mərasimi zamanı baş verən ölüm hadisəsinin təfərrüatı məlum olub.

Publika.az Xəzər TV-yə istinadən xəbər verir ki, vəfat edən 1951-ci il təvəllüdlü Zeynəb Tağı qızı Dadayeva bəyin nənəsi olub.

İlkin məlumata əsasən, toy başlamazdan 30-40 dəqiqə əvvəl şadlıq evinə gələn qadın sanitar qovşaqda olarkən halı pisləşib və dünyasını dəyişib.

Mərhumun yaxınları hadisə ilə bağlı qonaqlara məlumat verməyib və məclis davam edib. Hətta bəy də nənəsinin vəfatından toyun sonuna yaxın xəbər tutub.

Bildirilib ki, o, şəkər, təyziq xəstəliklərindən əziyyət çəkib və daha əvvəl infarkt keçirib.

Chosen
14
3
publika.az

6Sources