EN

İTS çərçivəsində ən çox müraciət edilən diaqnoz qrupları açıqlandı

Bakivaxti saytına istinadən ain.az xəbər verir.

İcbari tibbi sığorta (İTS) çərçivəsində tibbi istiqamətlər üzrə ən çox müraciət edilən diaqnoz qrupları açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "2025-ci ilin yekunları və hədəflər üzrə mətbuat konfransı"nda çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, diaqnoz qrupları üzrə kişilər arasında ilk beşlikdə qan dövranı sistemi xəstəlikləri, endokrin sistem xəstəlikləri, tənəffüs orqanlarının xəstəlikləri, həzm sistemi xəstəlikləri və sidik-cinsiyyət sistemi xəstəlikləri yer alır.

Qadınlar arasında isə ən çox müraciət edilən diaqnoz qrupları endokrin sistem xəstəlikləri, qan dövranı sistemi xəstəlikləri, həzm sistemi xəstəlikləri, sidik-cinsiyyət sistemi xəstəlikləri, eləcə də sümük-əzələ sistemi və birləşdirici toxuma xəstəlikləridir.

Eyni zamanda TƏBİB tabeli tibbi müəssisələrinə ödənişlərə görə ilk beş diaqnoz qrupu sırasında qan dövranı sistemi, həzm sistemi, endokrin sistem və maddələr mübadiləsi pozuntuları, tənəffüs sistemi, eləcə də sidik-cinsiyyət sistemi xəstəlikləri üstünlük təşkil edir.

Özəl xəstəxanalara ödənişlər üzrə isə ilk beşlikdə qan dövranı sistemi, göz və gözün əlavə aparatı, sümük-əzələ sistemi və birləşdirici toxuma, sidik-cinsiyyət sistemi və həzm sistemi xəstəlikləri yer alıb.

Zeynəb Rzayeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
63
2
bakivaxti.az

3Sources