EN

Vinisius “Real”ın qarşısında şərt qoydu, əks halda gedir

“Real”ın hücumçusu Vinisius Junior klubdan ayrıla bilər.

Msport.az xəbər verir ki, braziliyalı futbolçu klub rəhbərliyinə bildirib ki, aprelə qədər müqaviləsi uzadılmasa, o, başqa variantları nəzərdən keçirəcək. “El Nacional” nəşri bu məlumatı yayıb.

Deyilənə görə, PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi Vinisiusu öz komandasında görməyi arzulayır. Braziliya millisinin üzvü təxminən 30 milyon avro maaş alacağına ümid edir.

25 yaşlı futbolçu “Real”a 2018-ci ildə “Flamenqo”dan 45 milyon avroya keçib.

Onun Madrid klubu ilə müqaviləsi 2027-ci ilin iyununa kimidir.

 

Chosen
12
msport.az

1Sources