EN

NATO İrana müdaxilə etməyəcəyini açıqladı – ÖZƏL

NATO-nun Baş katibi Mark Rutte Alyansın İrandakı gərginliyə müdaxilə etmək niyyətində olmadığını bəyan edib. 

Olaylar.az xəbər verir ki, Avropa Parlamentinin Xarici İşlər Komitəsinin deputatları ilə keçirilən müzakirədə Rutte bildirib ki, İranda baş verənlər NATO-nun məsuliyyət zonasına daxil deyil.

Rutte vurğulayıb ki, Alyansın əsas diqqəti "Rusiya təhlükəsi" və Avratlantika təhlükəsizliyinə yönəlib. NATO rəhbəri İranın Şimali Koreya, Rusiya və Çin ilə hərbi-siyasi əməkdaşlığını yaxından izlədiklərini desə də, bunun İrana daxili müdaxilə üçün əsas yaratmadığını qeyd edib. Baş katibin bu bəyanatı fonunda, ABŞ Prezidenti Donald Tramp Hərbi Dəniz Qüvvələrinin "hər ehtimala qarşı" İrana doğru hərəkət etdiyini bildirib və hərbi müdaxilə ehtimalını tam istisna etməyib.

Xatırladaq ki, 2025-ci ilin dekabrından etibarən İranda milli valyutanın dəyərdən düşməsi səbəbindən kütləvi etirazlar başlayıb. Yanvarın 8-dən etibarən isə devrilmiş şahın oğlu Rza Pəhləvinin çağırışları ilə bu aksiyalar rejim əleyhinə iğtişaşlara çevrilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
19
olaylar.az

1Sources