“Bavariya” hücumçusu Harri Keynlə müqavilənin uzadılması ilə bağlı rəsmi danışıqlara başlayıb.
Publika.az xəbər verir ki, “Sky Sports”un müxbiri Florian Plettenberqin məlumatına görə, Münhen klubu ingilis futbolçu ilə 2028 və ya 2029-cu ilə qədər müqavilə imzalamağı planlaşdırır.
“Bavariya”nın idman direktoru Maks Eberl klubun niyyətini təsdiqləyib: “Biz Harri ilə danışıqlar aparırıq”.
32 yaşlı Keyn alman nəhəngi ilə müqaviləsini uzatmağa hazırdır. O, klubu, azarkeşləri və şəhəri sevir və köçmək niyyətində deyil. Onun “Bavariya” ilə müqaviləsi 2027-ci ilin iyununda başa çatır.