EN

“İran ABŞ ilə yaranan gərginliyə diplomatik yolla son qoymaqda maraqlıdır” - Tramp

“İran etirazçılara qarşı zorakılıqla bağlı ABŞ ilə yaranan gərginliyə diplomatik yolla son qoymaqda maraqlıdır”.

Missiya.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Axios”a verdiyi müsahibədə deyib.

Ağ Ev rəhbəri İranla bağlı vəziyyətin dəyişkən olduğunu bildirib və regiona əhəmiyyətli miqdarda Amerika hərbi aktivləri göndərdiyini qeyd edib.

Tramp eyni zamanda Tehranın Vaşinqtonla razılaşmada maraqlı olduğunu da əlavə edib.

"İranın yanında Venesuellaya göndərdiyimizdən böyük bir ordumuz var. Onlar razılaşmaq istəyirlər. Mən də bunu bilirəm. Dəfələrlə zəng ediblər. Danışmaq istəyirlər”, - deyə siyasətçi vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Chosen
35
missiya.az

1Sources