EN

Fransada 15 yaşdan kiçik şəxslərin sosial mediaya girişi qadağan olunur

Fransa parlamenti 15 yaşdan kiçik şəxslərin sosial mediaya çıxışını qadağan edən qanun layihəsini təsdiqləyib.

Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Bildirilib ki, layihəni 116 parlament üzvü dəstəkləyib. Cəmi 23 nəfər qərarın əleyhinə səs verib.

Məlumata görə, sözügedən qanun layihəsi onlayn zorakılıq və yeniyetmələrin psixi sağlamlıq riskləri ilə bağlı artan ictimai narahatlığa adekvat reaksiyadır.

Yeni məhdudiyyətlər yalnız sosial mediada qeydiyyatdan keçməyi deyil, həm də digər platformalara inteqrasiya olunan sosial funksiyaların istifadəsinin qadağan olunmasını nəzərdə tutur.

Qanunvericilik təşəbbüsü baxılmaq üçün Senata təqdim ediləcək. Bundan sonra sənəd yekun təsdiq üçün aşağı palataya qaytarılacaq.
Chosen
22
7news.az

1Sources