EN

Antibiotik kursu bitdikdən sonra uşaq orqanizminin bərpası necə aparılmalıdır? - Pediatr açıqlayır

Bakı. Trend:

Bakterial infeksiyalar adətən yüksək hərarət, ishal, öskürək vəbaş ağrıları ilə keçir. Orqanizmin immun sisteminin üzərinə böyükyük düşür.

Trend xəbərverir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər”efirində pediatr Aynur Adıgözəlova açıqlayıb.

Onun sözlərinə görə, orqanizm xəstəliklə mübarizə aparmaq üçünbütün imkanlarını səfərbər edir:

“Buna görə də, uşaqda ananı narahat edən əzginlik, halsızlıq,yorğunluq, yuxusuzluq və əhvalın düşməsi kimi hallar baş verir. Çoxvaxt valideynlər bunu antibiotiklərin ağırlaşması kimidəyərləndirir və əlavə müalicəyə ehtiyac olduğunu dşünür. Əksərhallarda, sağlam və ağırlaşmamış keçən xəstəliklərdən sonra xüsusidərman müalicəsinə ehtiyac olmur. Düzgün qidalanma, düzgün yuxurejimi və kifayət qədər maye qəbulu sayəsində uşağın orqanizmiözünü tədricən bərpa edir”.

A. Adıgözəlova bildirib ki, antibiotiklər bir çox bakterialinfeksiyaların müalicəsində əvəzolunmaz olsa da, bu dərmanlarxəstəlik törədən bakteriyalarla yanaşı eyni zamanda uşaqorqanizmində mühüm rol oynayan faydalı mikroorqanizmlərə də təsiredə bilir:

“Bəzi uşaqlarda antibiotik qəbulundan sonra bağırsaqmikroflorasının da prossesə cəlb olunması nəticəsində bağırsaqdizbakteriozu yaranır. Bu zaman bağırsaq mikroflorasını bərpa etməküşün probiotik və prebiotiklərin qəbulu mütləqdir. Eyni zaqmandaqatıq, kefir kimi fermentləşdirilmiş qidalarda da faydalıdır. Bəzənvalideynlər özləri tələb edir ki “uşağın immunitetini gücləndirək”.Amma əgər uşaqda hansısa yanaşı simptom və laborator analizlərincavabında bizi narahat edəcək durum yoxdursa, biz tərəfdən heç birəlavə preparat təyin olunmur. Bəzən antibakterial terapiya zamanıyenə də vəziyyəti dəyərləndirərək paralel təyin olunan preparatlarolur təbii ki. Amma bu individual xarakter daşıyır və hər uşağatətbiq olunmur. Xəstəlik ərəfəsində uşağın əzgin və halsız olmasınormaldır. Bunun səbəbi antibiotik qəbulu deyil. Daha çox yüksəkhərarət, boğaz və baş ağrıları yaxud üzücü öskürək dir. Ammakifayət qədər yuxu, təmiz havada gəzinti və yaşa uyğun fizikiaktivlik orqanizmin özünü yeniləməsini sürətləndirir. Valideyninəsas vəzifəsi bu dövrdə uşaq üçün sakit və qayğıkeş mühütü yaratmaqvə ən əsası özünün soyuqqanlılığıdır”.

Məqalədə:
Chosen
76
3
az.trend.az

4Sources