JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən təhsil müəssisələrində əməyin mühafizəsi sahəsində maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə növbəti təlim Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilib.

Əməyin Mühafizəsi Mərkəzi tərəfindən keçirilən təlimdə müəssisənin 44 nəfər inzibati heyət üzvü, fənn müəllimləri və istehsalat təlim ustaları iştirak edib.

Maarifləndirici sessiya zamanı əməyin mühafizəsi üzrə təhlükəsizlik qaydalarına riayət olunmasının əhəmiyyəti, istehsalatda baş verə biləcək bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verilib. Eyni zamanda, əməyin mühafizəsi mədəniyyətinin formalaşdırılması, təhlükəsiz əmək mühitinin yaradılması və hüquqi biliklərin artırılması ilə bağlı məsələlər müzakirə olunub.

Təlim interaktiv müzakirələr şəklində davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən təşkil olunan bu cür təlimlər təhsil müəssisələrində əməyin mühafizəsi sahəsində maarifləndirmə işlərinin gücləndirilməsinə və təhlükəsiz əmək mühitinin təşviqinə xidmət edir.

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX