EN

Ötən il ARDNF dövlət büdcəsinin öhdəliyini tam icra edib

Ötən

Ötən il Azərbaycan Dövlət Neft Fondu (ARDNF) dövlət büdcəsinə proqnozla eyni - 14 milyard 481 milyon manat vəsait transfert edib.

“APA-Economics” bu barədə ARDNF-yə istinadən xəbər verir.

Xatırladaq ki, bu göstərici 2024-cü illə müqayisədə 13.3% çoxdur.

Qeyd edilib ki, 2025-ci ilin yanvar-dekabr aylarında aşağıdakı icrası davam edən layihələrə 105,5 milyon manat yönəldilmişdir, o cümlədən:

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 18,6 milyon manat,

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın maliyyələşməsinə 86,9 milyon manat.

Sözügedən dövrdə, ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 40,7 milyon manat təşkil edib.

Chosen
46
1
xalqcebhesi.az

4Sources