EN

Öz ölkəsində cinayət törədən miqranta Rusiya vətəndaşlığı və yaşayış icazəsi verilməyəcək

Öz

Miqrant öz ölkəsində cinayət törədibsə, ona Rusiya vətəndaşlığı və yaşayış icazəsi (VNJ) verilməyəcək.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin qanun layihəsində qeyd olunub.

Qanuna layihəsində bildirilib ki, Rusiya vətəndaşlığı və ya VNJ almaq üçün ərizə təqdim edərkən miqrantlardan cinayət keçmişinin olmaması haqqında arayış tələb olunması planlaşdırılır. Əcnəbidən müvafiq sənədi öz ölkəsində alması tələb olunacaq.

Daxili İşlər Nazirliyinin məlum qanun layihəsini Rusiya Nazirlər Kabineti təsdiqləyib.

Chosen
2
5
xalqcebhesi.az

6Sources