EN

Trampa İran hökümətinin zəifləməsi barədə kəşfiyyat məlumatı verilib

Amerika kəşfiyyatı Prezident Donald Trampa İran hökumətinin mövqeyinin son dərəcə zəif olduğunu iddia edən bir neçə hesabat təqdim edib.

Missiya.Az xəbər verir ki, bu barədə "The New York Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Tramp İran hökumətinin zəiflədiyini göstərən bir neçə kəşfiyyat hesabatı alıb.

“Onlar göstərir ki, İran hökumətinin hakimiyyəti 1979-cu il inqilabında şah devrildikdən bəri ən zəif nöqtəsindədir", - deyə vurğulanıb.

Qeyd olunub ki, ölkədə baş verən etirazlar İslam Respublikası hökumətini sarsıdıb.

Daşqın HəsənovMissiya.Az

Chosen
25
missiya.az

1Sources