EN

Neft Fondu qızıl alışını artırıb

2025-ci ildə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) qızıl ehtiyatlarını 200 tona çatdırıb.

Kommersant.az bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü illə müqayisədə 53,4 ton və ya 36,4% çoxdur.

Bu ilin yanvarın 1-nə ARDNF-in investisiya portfelində qızılın xüsusi çəkisi 38,2% olub.

“Mərkəzi bankların alışları, mövcud qeyri-müəyyənliklər və geosiyasi risklər fonunda qızıl qiymətləri il ərzində kifayət qədər artım göstərərək tarixi maksimum səviyyələrə çatmışdır. Bununla da, ARDNF-nin qızıl altportfeli üzrə əhəmiyyətli büdcədənkənar gəlirlər formalaşmışdır”, - məlumatda vurğulanıb.

Chosen
43
1
kommersant.az

2Sources