EN

Ötən il Azərbaycanda 189 mindən çox şəxs işlə təmin olunub

2025-ci ildə Azərbaycanda 189 mindən çox şəxs işlə təmin olunub.

"Report" xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyi (DMA) İdarə Heyətinin sədri Hasil Abbasov ötən ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ötən il 16 min 827 nəfər özünəməşğulluq proqramı ilə əhatə olunub:

"Bu proqram 2017-ci ildən bəri 113 mindən çox şəxsi əhatə edib. Ümumiyyətlə, Azərbaycanın özünəməşğulluqla bağlı layihəsi digər ölkələrə də nümunə olaraq göstərilməkdədədir".

H.Abbasovun sözlərinə görə, 2025-ci ildə 18 mindən çox şəxs peşə hazırlığında cəlb edilib:

"Onların 11 mindən çoxu qadınlardır. Bu kurslarda 175 prioritet peşə əsas götürülüb. O baxımdan, müvafiq sayda təkmilləşirdirmələr aparılacaq, peşə sahələri artırılacaq".

Chosen
17
1
far.az

2Sources