EN

Bakıda su xəttində QƏZA İçməli su küçəyə axdı

ain.az, Baku.ws portalına istinadən məlumat yayır.

Bakı şəhəri, Zabrat qəsəbəsində içməli su xəttində qəza baş verib.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Məlumata görə, 118A nömrəli marşrut xəttinin son dayanacağı yaxınlığında yerləşən su borusu artıq 10-15 gündür ki, partlamış vəziyyətdə qalır və içməli su küçəyə axır.

Sakinlərin bildirdiyinə görə, sözügedən ərazidə bir müddət öncə Su İdarəsinin əməkdaşları təmir işləri aparıblar. Lakin işlər yarımçıq saxlanılıb.

Məsələ ilə əlaqədar aidiyyatı quruma məlumat verilib.

Ərazidən kadrları təqdim edirik:

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
25
baku.ws

1Sources