EN

“Taliban”da ciddi parçalanma: Bir illik araşdırma təsdiqlədi

"Taliban" rəhbərliyinin zirvəsində ciddi parçalanmanın mövcud olduğu üzə çıxıb.

“Yeni Sabah” xəbər verir ki, təşkilatdaxili fikir ayrılıqlarını BBC araşdırıb.

Araşdırma nətcəsində "Taliban" rəhbərliyində Əfqanıstan üçün çox fərqli baxışlara malik iki ayrı qrupun mövcud olduğu təsdiqini tapıb. Onlardan biri Qəndəharda yerləşən Ali Lider Hibətullah Axundzadənin ətrafında birləşib. Bu qrup sərt İslam qaydalarına əməl edən hökumətin qurulmasının tərəfdarlarından ibarətdir.

Digər qrup isə Kabildə mərkəzləşib və dərin mühafizəkar olsalar da, iddia edirlər ki, qızların təhsilinə qoyulan qadağa hökumətə baha başa gələ bilər. Onilliklər boyu qrupun ən böyük gücü birmənalı şəkildə yeganə liderə tabe olmağa əsaslanan birliyində idi. Lakin birdən-birə bu vahid cəbhə çat verib.

Sentyabr ayında H.Axundzadə Əfqanıstanın internet və telefon şəbəkələrini söndürtdürüb, 3 gün sonra Kabil qrupu bu qərarı ləğv edərək interneti yenidən aktivləşdirib. Bu görünməmiş bir hal idi.

Daxili mənbədən verilən məlumata görə, mütləq itaət üzərində qurulmuş bir hərəkat üçün bu, açıq itaətsizlik və açıq üsyan kimi qiymətləndirilir.


Telegram kanalımız
Chosen
66
yenisabah.az

1Sources