EN

Azərbaycanın vakansiya bankında 60 mindən çox yer var - HASİL ABBASOV

"Azərbaycanın vakansiya bankında 60 mindən çox yer var".

SİA-nın verdiyi məlumata görə, bu sözləri Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinin sədri Hasil Abbasov ötən ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, DMA 2025-ci ildə 448 işəgötürənlə əməkhaqqının əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi xidməti icra edilib: "Xidmət çərçivəsində 1763 vətəndaş bu xidmətdən yararlanıb. Qeyd edək ki, işaxtaranlar və işsiz şəxslərin məşğulluğunu təmin etmək və işəgötürənləri həvəsləndirmək məqsədi ilə işəgötürənlərə boş iş yeri üzrə işə götürdükləri işçinin əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi üzrə xidmət göstərilir".

Müəllif: Ziya Hikmətoğlu
Chosen
74
2
sia.az

4Sources