Bu il yanvarın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard 156,4 milyon ABŞ dolları təşkil edib.
Ölkə.az xəbər verir ki, bunun 86,5 %-i və yaxud 73 milyard 641,5 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 13,5 %-i və yaxud 11 milyard 514,9 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin IV rübündə ölkənin valyuta ehtiyatları 3 milyard 684,2 milyon ABŞ dolları və yaxud 4,5 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 3 milyard 479,8 milyon ABŞ dolları və yaxud 5 %, AMB-nin valyuta ehtiyatlarında isə 204,4 milyon ABŞ dolları və yaxud 1,8 % artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 14 milyard 165,5 milyon ABŞ dolları və yaxud 20 % artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 13 milyard 610,1 milyon ABŞ dolları və yaxud 22,7 % artım, AMB-nin valyuta ehtiyatları isə 555,4 milyon ABŞ dolları və yaxud 5,1 % artım nümayiş etdirib.
|
ARDNF-in valyuta ehtiyatları (milyon ABŞ dolları) |
AMB-nin valyuta ehtiyatları (milyon ABŞ dolları) |
Azərbaycanın valyuta ehtiyatları (milyon ABŞ dolları) |
|
|
01.01.2026 |
73 641,5 |
11 514,9 |
85 156,4 |
|
01.10.2025 |
70 161,7 |
11 310,5 |
81 472,2 |
|
01.07.2025 |
66 515,6 |
11 153,9 |
77 669,5 |
|
01.04.2025 |
62 740,2 |
11 026,5 |
73 766,7 |
|
01.01.2025 |
60 031,4 |
10 959,5 |
70 990,9 |