EN

Azad edilmiş ərazilərdə işlə təmin edilən şəxslərin sayı AÇIQLANDI - RƏSMİ

“Azad edilmiş ərazilərdə 8 mindən çox şəxs işlə təmin olunub”.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyinin (DMA) sədri Hasil Abbasov ötən ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, ötən il 2 847 vətəndaş işlə təmin edilib:

“154 nəfər özünəməşğulluq proqramına cəlb edilib.

Azad edilmiş ərazilərdə vətəndaşların 58 %-i dövlət, 42 %-i isə özəl sektorda çalışır.

Ümumilikdə cari dövrədək işğaldan azad edilmiş ərazilərdə öz biznesini qurmaları üçün özünüməşğulluq proqramı çərçivəsində dövlət dəstəyi göstərilənlərin sayı 705 nəfərə çatıb”.

Naibə Məmmədova, Pərviz Allahverdiyev, Bizim.Media

Chosen
41
4
bizim.media

8Sources