
İstanbul Baş Prokurorluğu tərəfindən qanunsuz qumar oyunlarına dair aparılan istintaq çərçivəsində 14 şübhəli saxlanılıb.
Missiya.Az Türkiyə mediasına istinadən xəbər verir ki, şübhəlilərin 2023-2025-ci illər ərzində bank hesabları vasitəsilə həyata keçirdiyi əməliyyatların ümumi məbləği təxminən 600 milyon türk lirəsinə bərabərdir.
İstintaq davam edir.
Seyranə QuliyevaMissiya.Az