EN

Ən yeməli rekord: 1001 növ pendirlə hazırladılar

Fransada 1001 növ pendirlə pizza bişirilib. Buna görə, məhsul "Ginnesin Rekordlar kitabı"na düşüb.

Pendir növlələrindən 940-ı Fransaya, qalanları isə dünyanın müxtəlif yerlərinə məxsus olub.

Şedevri hazırlayan aşpaz pizza xəmirinin üstünə hər pendir növündən 2 qram kubik qoyduğunu bildirib.

"Pizza xəmirini vaxtından əvvəl hazırlamalı idik ki, bütün pendirin ağırlığı altında cırılmasın!" - deyə aşpaz Benoit izah edib.
Yeri gəlmişkən, bir çox fermerlər və pendir istehsalçıları dünya rekordunun bir hissəsi olmaq fikrini bəyəndikləri üçün ona pendirlərini pulsuz təklif ediblər.(oxu.az)


BiG.Az
Chosen
335
2
big.az

10Sources