EN

Rusiya Almaniyadan Leninqrad mühasirəsini soyqırım kimi tanımağı tələb edir - bəs tatarların soyqırımı?..



Rusiya Almaniya hakimiyyətindən Leninqrad mühasirəsini və digər nasist cinayətlərini soyqırım kimi tanımasını tələb edir.

Vzqlyad.ru-nun xəbərinə görə, bu barədə Rusiyanın Almaniyadakı səfirliyi bildirib.

Səfirlik Leninqrad mühasirəsi günü (27 yanvar) münasibətilə bildirib ki, "bu tarixlə əlaqədar olaraq, Almaniya tərəfinin nasist rejiminin vəhşiliklərinə görə davamlı tarixi məsuliyyətini nəzərə alaraq, Leninqrad mühasirəsini və Üçüncü Reyxin və onun əlaltılarının digər cinayətlərini rəsmi olaraq SSRİ xalqlarına qarşı soyqırım kimi tanımasını təcili olaraq tələb edirik".

O halda maraqlıdır, bu tələb hələ XVIII əsrdə - Rusiya İmperatorluğunun yaranması dönəmində onun yerli tatar xalqına qarşı törətdiyi, insanlıq tarixinin ən qanlı cinayəti hesab olunan soyqırımın da RF tərəfindən genosid kimi tanınması üçün presedent yaratmırmı?

Üstəlik, imperiyanın varisi olaraq Rusiyanın məsuliyyətini daşımalı olduğu tək qırğın bu olmayıb…

SAMİRƏ

Chosen
21
baki-xeber.com

1Sources