EN

Balaca azarkeşin Elvin Cəfərquliyevlə zarafatı gündəm oldu - VİDEO

İngiltərədə aeroportda “Qarabağ”ı qarşılamağa gələn balaca azarkeş Ağdam təmsilçisinin futbolçusu Elvin Cəfərquliyevlə zarafat edib.

İdman.Biz xəbər verir ki, komandanı hava limanında qarşılayan azyaşlı azarkeşlərdən biri Elvin Cəfərquliyevin yanına gələrək son vaxtlar gündəmdə olan “Başuva” ifadəsini səsləndirib.

Qeyd edək ki, Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turunda “Ayntraxt”la oyundan sonra Elvin Cəfərquliyev aparıcının əlindən mikrofonu alaraq “Başuva” deyib və bu hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Matçda “Qarabağ” Almaniyanın “Ayntraxt Frankfurt” komandası üzərində 3:2 hesabı ilə qələbə qazanıb.

Xatırladaq ki, sabah UEFA Çempionlar Liqasının əsas mərhələsinin səkkizinci turu çərçivəsində “Liverpul” və “Qarabağ” komandaları üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 23:59-da başlayacaq. “Qarabağ” 7 oyundan sonra 10 xalla 18-ci, “Liverpul” isə 15 xalla dördüncü pillədə qərarlaşıb.

İdman.Biz
Chosen
23
idman.biz

1Sources