EN

Qəzza zolağı hərbsizləşdirilməlidir – İsrail XİN

Bakı. Trend:

Həm İsrailin, həm də Qəzzanın təhlükəsizliyinin təmin olunmasıüçün HƏMAS tərksilah olunmalı, Qəzza zolağı isəhərbsizləşdirilməlidir.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bunu İsrailin xarici işlər naziri GideonSaar Qazaxıstan səfəri zamanı qazaxıstanlı həmkarı ilə görüşdəbildirib.

“Cənab nazir, biz Donald Trampın Qəzza ilə bağlı planınıdəstəkləyirik və onun həyata keçirilməsinin tərəfdarıyıq. HƏMAStərksilah edilməli, Qəzza sektoru isə demilitarizasiya olunmalıdır.Bu, həm İsrailin təhlükəsizliyi, həm də Qəzzanın daha yaxşıgələcəyi üçün zəruridir”, – deyə diplomat qeyd edib.

Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev isə öznövbəsində ölkəsinin Yaxın Şərq münaqişəsinin həlli ilə bağlımövqeyini bir daha xatırladaraq bildirib ki, “iki xalq üçün ikidövlət” formulu əsasında Fələstin Dövlətinin yaradılmasızəruridir.

Chosen
17
1
az.trend.az

2Sources