EN

Azərbaycan Ermənistanın COP17-də iştirak dəvətini qəbul edəcək?

BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının 17-ci Tərəflər Konfransı (COP17) bu il oktyabrın 18-30-da Ermənistanda keçiriləcək. Ermənistanın ətraf mühit naziri Ambartsum Matevosyan bildirib ki, COP17-də Azərbaycan nümayəndə heyətini qəbul etməyə hazırdır, tezliklə rəsmi dəvət göndəriləcək.

 

Azərbaycan COP17-də iştirak edəcəkmi?

 

Milli Məclisin deputatı Aydın Mirzəzadə Pravda.az-a açıqlamasında deyib ki, Azərbaycanla Ermənistan arasındakı münasibətlər tədricən normallaşmağa doğru gedir:

YAP

“İki ölkə arasında müharibə yoxdur, sülh müqaviləsi paraflanıb. Müəyyən iqtisadi əlaqələr qurulub. Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını elan edib. Ermənistan Konstitusiyasında Azərbaycan ərazi iddiasına dair müddəanı çıxararsa, sülh müqaviləsi imzalanar və diplomatik əlaqələr yaranar, normal qonşuluq münasibətləri qurula bilər. Bu baxımdan COP17-də Azərbaycanın iştirakı, həmin dövrə olacaq münasibətlərimizdən asılıdır. Müvafiq qərarı şübhəsiz ki, Azərbaycan rəsmi hakimiyyət orqanları qəbul edəcək”.

 

Şəhanə Quliyeva

Tarix: 27 Yanvar 2026, 13:12   
Chosen
26
pravda.az

1Sources